"Qarabağı Ermənistan özü Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Qarabağın statusunu Ermənistan özü müəyyən edib".
Bu tip açıqlamalar Rusiya rəhbərliyi tərəfindən son vaxtlar tez-tez səslənir.
Bu gün isə Rusiya Prezidenti bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında daha aydın və açıq mətnlə dilə gətirdi.
Əvvəlcə uzun illər sürən danışıqlarla bağlı bəzi diqqət çəkən detalları açıqladı.
Mövcud vəziyyət isə budur ki, Laçında uşaqlarımız oyanyır, Kəlbəcər isə böyük qayıdışa hazırlaşır. Putin Ermənistanın Qarabağı Praqada Azərbaycan ərazisi kimi tanıdığını deyib.
Rusiya Prezidenti Ermənistanın etnik təmizləmə ilə bağlı absurd ittihamına da cavab verib.
"Ümid edirəm ki, Azərbaycan rəhbərliyi bizə həmişə də, bu günə qədər də dedikləri kimi etnik təmizləmədə maraqlı deyil. Onlar əksinə, bu prosesin yumşaq keçməsində maraqlıdırlar",- deyə Putin suala belə cavab verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: