Ermənistanın Qarabağda qondarma rejim üçün keçirdiyi qondarma “seçki”lər aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələri tərəfindən tanınmır.
Xezerxeber.az-ın məlumatına görə, "seçki"ləri tanımadıqlarını bəyan edən təşkilatlar və ölkələr siyahısına İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, həmçinin, Böyük Britaniya, ABŞ, Macarıstan, Rumıniya, Pakistan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova kimi ölkələr daxildir.
Politoloq Elçin Mirzəbəylinin fikrincə, həm Ermənistan, həm də qondarma qurum müstəqil deyil, kənar qüvvələrin istəyinə əsaslanan sifarişli siyasət aparırlar.
Beynəlxalq təşkilatlar da dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlarına qarşı tədbirlər görməyə çağırıb.
Siyasi şərhçi Orxan Amaşov bildirir ki, Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən qeyd - şərtsiz olaraq Azərbaycan ərazisi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə hörmət edilir.
İran "seçki"ləri birbaşa pisləməsə də, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib. Bir sözlə, qondarma rejim istənilən halda tənəzzülə məhkumdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: