Qarabağdan iti qovan kimi qovduğumuz ermənilər üstümüzə it qovdular.
Hərtərəfli məğlub olan Ermənistan siyasi və hərbi rəhbərliyi üçün çirkin məqsədə aparan hər yol məqbuldur. Ötən dəfə mülki və elmi təyinatlı PUA-nı hərbi məqsədlər üçün istifadə etmələrini yəqin ki, unutmamısınız. Torpağın altını mina ilə dolduran təxribatçılar indi də onun üzərində gəzən alabaşa partlayıcı qurğu bağlayıblar.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov deyir ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bu açıq-aşkar terror aktıdır.
QHT sədrinin sözlərinə görə, bu əməl beynəlxalq hüququn iki mühüm sənədinə saymamazlıqdır.
Qeyd edək ki, bu kimi terror aktları ilk deyil. Ermənilər nəinki heyvana, heç uşaqlara belə rəhm etmirlər. 2011-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov yaşadığı evin həyətində öldürülmüşdü. Eyni ildə Ermənistan ordusunun Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı taparaq evinə aparan və onunla oynayan 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdi. Bu siyahını hələ çox uzada bilərik. Amma nə fayda? Bu itin abrı var, Ermənistanın isə yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: