Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yaradır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Turizm Agentlikləri Assosiasiyasının Getmə turizm komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.
O bildirib ki, biletlərin qiymətinin yüksək olması turist sayına da təsir edir.
Digər narahatlıq doğuran məsələlərdən biri də vizaların verilməsi ilə bağlıdır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə əsas hədəflərdən də danışıb.
Bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox turistin səfər etdiyi qeyd olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: