Metro yeni tədris ilinə hazırlanır.
Xezerxeber.az-ın məlumatına görə, sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişəcək.
Xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.
Bundan başqa, Bakı şəhərinin iqlimi fərqli olduğundan hər gün ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq. Havanın temperaturu yüksəklərsə "Bakı Metropoliteni" QSC-nin ventilyatorlarının stansiya və tunellərdə iş rejiminin dəyişdirilməsi mümkündür.
Sentyabrın 15-dən metro ilə gündəlik 750 min sərnişinin daşınacağı gözlənilir. "Bakı Metropoliteni" baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır. Hazırda Bakı metrosunda 21 dizel generator var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: