Sürət, ehtiyatsızlıq və diqqətsizlik qəzaya səbəb olub.
Xezerxeber.az xəbər verir ki, dəhşətli zəncirvari yol-nəqliyyat hadisəsi Quba-Xaçmaz yolunda qeydə alınıb.
Toqquşmadan sonra sürücülərdən biri Turan Məlikov və digər maşının sərnişini Sərhəd Məmmədov dünyasını dəyişib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Göygöldə də ölümlə nəticələnən ağır yol qəzası baş verib. Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub.
Qəza zamanı minik maşınının sərnişini, 48 yaşlı Müşviq Bayramov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər 2 sərnişin xəsarət alaraq Xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya avtomobilərdən birinin digərinin yoluna çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: