Xəzər Xəbər

Xanın doğmaları azərbaycanlılardır - Xankəndidən yerli azərbaycanlıların izini silmək mümkün deyil! VİDEO

Keçmiş polis zabiti Hikmət Xudiyev tarixi həqiqətlərdən danışır
Veb TV | 20:38 • 10 Sentyabr 2023
Xanın doğmaları azərbaycanlılardır - Xankəndidən yerli azərbaycanlıların izini silmək mümkün deyil!

Bu gün ermənilərin öz ata-baba yurdu kimi təbliğ etdikləri Xankəndi şəhəri tarixi Azərbaycan torpağıdır. Bu şəhərdə ötən əsrin sonlarına qədər azərbaycanlılar yaşayıb.

Xezerxeber.az-ın məlumatına görə, Hikmət Xudiyev də Xankəndidə doğulan vətəndaşlarımızdandır.

O, ömrünün ən gözəl illərinin Xankəndidə keçirdiyini deyir.

Xankəndidə polis zabiti işləyən müsahibimiz vurğulayır ki, şəhərdə yaşayan ermənilər daim azərbaycanlıları sıxışdırmağa və oradan çıxarmağa çalışıblar.

Xankəndidən məcburi köçkün düşmüş Hikmət Xudiyev deyir ki, ermənilər nə qədər tarixi saxtalaşdırmağa çalışsalar da, Xanın kəndindən azərbaycanlıların izini silə bilməyəcəklər.

Xankəndinin azərbaycanlı əhalisi bu gün öz yurdlarına qayıtmağa hazırdır və onlar bu arzularının gerçəkləşəcəyinə inanırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti