Xəzər Xəbər

Yataqxanada olan ailələri məcburi köçürürlər? VİDEO

Veb TV | 22:15 • 1 İyun 2023
Yataqxanada olan ailələri məcburi köçürürlər?

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bünyadzadə 4 ünvanında yaşayan 8 ailə iddia edir ki, özəl tikinti şirkətlərindən biri onları məskunlaşdıqları binadan çıxarmaq istəyir.

Xezerxeber.az xəbər verir ki, sakinlərin iddiasına əvvəlcə ərazi üzrə məsul şəxs olduğunu bildirən Misir Mahmudov münasibət bildirib.

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ərazidəki 4, 5 və 7 saylı yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrlə bağlı Dövlət Komitəsinin məlumatlı olduqlarını deyiblər." 

Qaradağ rayon İcra Hakimiyyətindən bildirdilər ki, nəinki sakinlərin şikayətçi olduğu 4 saylı yataqxananın, hətda ətrafdakı digər qəzalı vəziyyətdə olan yataqxanaların da sakinləri bina qəzalı vəziyyətdə olduğuna görə köçürüləcək.

Hazırda yataqxanada məskunlaşan iki az yaşlı övladı olan Ağdam və Laçın sakinləri üçün tezliklə rayon ərazisində müvəqqəti məskunlaşmaq üçün yer də ayrılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

Xəbər lenti