Xəzər Xəbər

Bura BAĞÇA deməyə insanın dili gəlmir... VİDEO

Veb TV | 22:00 • 30 May 2023
Bura BAĞÇA deməyə insanın dili gəlmir...

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 - ci ildə tikilib istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, vaxtı ilə bağça iki korpusdan ibarət olub.  Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb.

Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir.

Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar.

“Bu da onlara ay ərzində təxminən 100 manata başa gəlir.”

Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutublar.

Qeyd edək ki, hazırda bağçada iki qrup fəaliyyət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar