Xəbər verdiyimiz kimi ötən gün, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Hərbi ekspert Ədalət Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, qarşı tərəfin bu hərəkəti təxribat ehtimalını qaçılmaz edir.
O, bildirib ki, bu mühəndis qurğuları erməni silahlılarının Azərbaycana qarşı müqavimət potensialını artırmaq, onların həm müdafiə, həm də hücum döyüşlərində istifadə edə biləcəyi qurğulardan hesab olunur.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan geriyə addım atmasa yaxın vaxtlarda həmin silahlıların zərərsizləşdirilməsi istisna deyil.
Qeyd edək ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: