"İmtahan ballarınız azdır? Artıq ballarinizi artira, buraxiliş və blok imtahinda , eləsədə kəsirlərinizin düzəlməsində sizə yardımçı ola bilərik" .
Xezerxeber.az xəbər verir ki, bu kimi saxta elanlar sosial şəbəkələrdə, xüsusən də “Tik Tok” vasitəsi ilə bilavasitə abituriyentlərin və onlarının valideynlərinin diqqətini çəkməyə hesablanıb.
Təhsil eksperti Kamran Əsədov “Xəzər Xəbər”ə deyir ki, sosial şəbəkələrdə bu kimi elanlarla abuturiyenti qurbana çevirənlər məhz hakerlərdir.
Rəsmi rəqəmlərə görə, hakerlər Dövlət qurumları içərisində ən çox Dövlət İmtahan Mərkəzinə hücum ediblər.
“3052 dəfə vəyə təxminən hər 2 hücumdan 1-i DİM-in payına düşür.”
Onun sözlərinə görə, bəzən abuturiyentlər özləri belə hansısa yolla imtahan nəticələrini dəyişməyə çəhd edirlər:
Dövlət İmtahan mərkəzindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, hər il olduğu kimi, bu il də qəbul imtahanları ərəfəsində sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən istifadə olunmaqla saxta səhifə və qruplar yaradılıb.
Səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.Abituriyentlər diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.
DİN-nin şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, dəfələrlə sosial şəbəkə istifadəçilərinə bu kimi dələduzlarla bağlı da müraciət edilib:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu ilin birinci rübündə 6 500-dən artıq istifadəçi hakerlərin qurbanına çevrilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: