Xəzər Xəbər

"Prezidentin dünənki çıxışı Qarabağdakı separatçıların taleyini aydınlaşdıran önəmli bir mesaj idi" VİDEO

Veb TV | 22:20 • 29 May 2023
"Prezidentin dünənki çıxışı Qarabağdakı separatçıların taleyini aydınlaşdıran önəmli bir mesaj idi"

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Qarabağdakı separatçılara açıq mesaj verdi.

Bunu politoloq Tural İsmayılov bildirib.

O deyib ki, Prezidentin dünənki çıxışı Qarabağdakı separatçıların taleyini aydınlaşdıran önəmli bir mesaj idi.

Politoloq bildirib ki, separatçıların hər hansı pozucu fəaliyyəti Azərbaycanın antiterror əməliyyatını qaçılmaz edəcək.

Onun sözlərinə görə, Prezidentin "yeganə yol Azərbaycan qanunlarına tabe olmaqdır" deməsi onu göstərir ki, separatçıların vədəsi dolmaq üzrədir. Və Qarabağda yaşayan ermənilər özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsələr aministiyaya düşə bilərlər. Bu isə onlar üçün qaçırılmaz fürsətdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024