İsrailin Prezidenti İshaq Hersoq sabah Azərbaycana səfərə gələcək.
Xezerxeber.az-ın məlumatına görə, İshaq Hersoqu ölkəsinin daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək.
Rəsmi şəxslərlə yanaşı İsrail Prezidentinin Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəyi, eləcə də İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş xüsusi tədbirdə iştirak edəcəyi gözlənilir.
Mövzu ilə bağlı danışan millət vəkili Aydın Mizrəzadə deyib ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub və Ermənistanın işğalçılıq siyasətini heç bir zaman qəbul etməyib. Bu səbəbdən də hər iki ölkə arasında siyasi-iqtiadi əlaqələr həmişə yüksək səviyyədə olub.
Aydın Mirzəzadənin sözlərinə görə, bir müddə əvvəl Azərbaycanın İsraildə səfirlik açması da ölkələr arasındakı əlaqələrin daha da inkişaf etməsinə təkan verdi. Millət vəkili bildirib ki, siyasi-iqtisadi əlaqələrlə yanaşı, hərbi sahədəki əməkdaşlıq da daim nümunəvi formada olub. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsində İsrail müdafiə sənayesinin də rolu olub. Bu ölkənin istehsalı olan ''Harop'' kamikadze dronları Ermənistan ordusunun kabusuna çevrilmişdi.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Millət vəkili hesab edir ki, İshaq Hersoqun rəsmi səfərindən sonra iki dövlətin dostluğu daha da güclənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: