Xəzər Xəbər

İranın Bakıdakı bankının fəaliyyəti məhdudlaşdırıldı VİDEO

Veb TV | 20:50 • 27 May 2023
İranın Bakıdakı bankının fəaliyyəti məhdudlaşdırıldı

İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən bu barədə qərar qəbul edilib.

Mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov bildirib ki, əsas səbəb sözügedən bankın məcmu kapital normalarına əməl edə bilməməsidir.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbir sözügedən bankda depoziti və vəsaiti olan  müştərilərə mənfi təsir göstərməyəcək.

Xatırladaq ki, İran Milli Bankı Azərbaycanda 1993-cü ildə qeydiyyatdan keçib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti