Xəzər Xəbər

Gəncə, Masallı, İsmayıllı və Şəkidə ağır yol qəzaları - iki nəfər ölüb, 7 yaralı var VİDEO

Veb TV | 22:00 • 27 May 2023
Gəncə, Masallı, İsmayıllı və Şəkidə ağır yol qəzaları - iki nəfər ölüb, 7 yaralı var

Masallıda iki avtomobil toqquşub. Nəqliyyat vasitələrindən biri su kanalına aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Banbaşı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Miri Ağayevin idarə etdiyi avtomobili yol kənarındakı su kanalına aşıb və o, hadisə yerində ölüb.

Maşında olan sərnişin İlkin Seyfullayev və digər avtomobilin sürücüsü Namiq Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Gəncədə də ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hərəkətdə olan 2 minik maşını toqquşub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qəzadan sonra 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin avtomobillərdən birinin sürücüsü 1996-cı il təvəllüdlü Yaşar Abdulayev olduğu məlum olub

İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Rayonun Basqal kənd sakini Əşrəf Babayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçən 1984-cü il təvəllüdlü Həmidova Mətanət və onun 10 yaşlı qızını vurub. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Şəkidə isə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun İnçə kəndində baş verib. Şəki rayon sakini 55 yaşlı Oqtay Məmmədovun idarə etdiyi avtomobillə Seymur Salamovun idarə etdiyi avtomobil toqquşub. Nəticədə Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və digər avtomobilin sürucü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti