Xəzər Xəbər

Tovuzda mina partlayıb, xəsarət alan var VİDEO

Veb TV | 21:50 • 27 May 2023
Tovuzda mina partlayıb, xəsarət alan var

Tovuzda heyvan otaran şəxs minaya düşüb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Əlibəyli kənd sakini 75 yaşlı Abdulla Ələsgərov evlərinə yaxın ərazidə heyvan otaran zaman piyada əleyhinə mina partlayıb.

Nəticədə Abdulla Ələsgərov sol ayağından xəsarət alıb.

Zərərçəkən Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat edilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Tovuz Rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar