Xəzər Xəbər

"Saray 2" yaşayış massivində su problemi yaşanır VİDEO

Veb TV | 22:18 • 27 May 2023
"Saray 2" yaşayış massivində su problemi yaşanır

Abşeron rayonu, "Qurd dərəsi", "Saray 2" yaşayış massivində su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər məcburiyyətdən suyu pulla alırlar.

Ərazidə təqribən 100-dən çox ailə yaşayır. Sakinlərin sözlərinə görə, havalar isindikcə suya olan təlabat da birə- beş artır. Ərazidə su xətti olsa da, su verilmir.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin onlara müsbət cavab verən olmayıb.

Məsələdən “Azərsu” ASC-nin Bağlar Su Kanal İdarəsi də xəbərdardır. Adıçəkilən qurumdan bildirildi ki, həmin ərazidə infrastruktur var, lakin su təzyiqi normadan çox aşağıdır. Amma buna baxmayaraq, yaxın günlərdə sakinlərin narazılılğını aradan qaldırmaq üçün ciddi addımlar atılacaq. Sakinlər içməli su ilə tam təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti