Kür çayında axtarılan uşaq 3 gündən sonra tapılıb.
Xezerxeber.az-ın məlumatına görə, uzun axtarışlardan sonra Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batan 13 yaşlı Yusif İskəndərovun meyiti tapılıb. Azyaşlının meyiti batdığı yerdən 10 km aralı çayın keçdiyi Sabirabadın Minbaşı kəndi ərazisindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Sakinlər bildiriblər ki, hadisə baş verən gün hava isti olub. Yusif və dostları çaya çimmək üçün gediblərmiş.
Qeyd edək ki, indi 3 saylı orta məktəbə gələn şagirdləri məktəbin koridoruna qoyulmuş gül çələngləri və 13 yaşlı Yusif İskəndərovun fotosu qarşılayır. Divarlarda isə sinif yoldaşlarının yazdığı və Yusifin heç zaman oxuya bilməyəcəyi ürək sözləri qeyd olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: