Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olunur.
Xezerxeber.az xəbər verir ki, 1-ci sinifdən 11-ci sinfə qədər gözlənilmədən tələb edilən bu arayış poliklinikalarda sıxlığın yaranmasına səbəb olub.
“Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.”
"Xəzər Xəbər" məsələnin əslini öyrənmək üçün paytaxtın Nizami rayonunda yerləşən 17 saylı poliklinikada olub.
Valideynlər bildirdi ki, tibbi arayışın alınması üçün tələb onlara məktəblərdən bildirilib.
17 saylı polikilinikanın ikinci şöbəsinin müdiri Sevda Quliyeva isə “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, məktəblərdə tibbi arayış tələbi TƏBİB tərəfindən qoyulub.
Bu müayinələr "Uşaqların icbari dispanserizasiyası" haqqında qanununun tələblərinə uyğun olaraq təbib-in tabeliyindəki müalicə-profilaktika müəssisələrində həyata keçirilir.
Onun sözlərinə görə, "İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar".
“Arayışların verilməsi isə ödənişsizdir.”
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərə tibbi arayışın verilməsi ilə bağlı tapşırıq verilməyib.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir: