Xəzər Xəbər

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək? VİDEO

Veb TV | 21:50 • 26 May 2023
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Yaxın günlərdə dağlıq və dağətəyi rayonlarda havanın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bunu Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Xəzər Xəbər"ə müsahibəsində bildirdi.

Hidroloq həmçinin qeyd etdi ki, aprel-may ayında yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq xeyli artıb.

Qeyd edək ki, yağmurlu hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Fövqəladə Hallar Nazirliyi mövcud vəziyyətlə bağlı əhaliyə müraciət edib. Nazirlik daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə edir.

Həmçinin, müraciətdə güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

 

Xəbər lenti