Bu gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası öz işinə başlayıb.
Prezident İlham Əliyev iclasda ilk dəfə olaraq qonaq qismində iştirak edib.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir: