Paytaxtın Yasamal rayonu, 158 saylı məktəbin müəllimi Səhər Əhmədova 10-cu sinif şagirdinin “patı” satdığını iddia edib.
Xezerxeber.az-ın məlumatına görə, şagirdin atası ilə həmin müəllim arasında insident yaşanıb.
Mediada yayılan hadisənin təfərrüatalarını öyrənmək məqsədilə 158 saylı məktəbə üz tutuduq.
Məktəbin həyətində qarşılaşdığımız valideynlər müsahibə verməsələr də, şifahi olaraq hadisədən xəbərsiz olduqlarını dedilər.
İddiaya görə, məktəbin müəllimi Səhər Əhmədova baş verənlərlə bağlı 102 xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib.
Baş verənlərlə bağlı 158 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova “Xəzər Xəbər"ə açıqlama verib.
Nəzakət Cəfərova 10-cu sinif şagirdi haqqında məktəbin müəllimi tərəfindən səsləndirilən iddiaların əsassız olduğunu bildirib.
Məsələdə adı hallanan Səhər Əhmədova ilə əlaqə saxlamaq istəsək də, məktəbdən və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən onlarda həmin şəxsin telefon nömrəsinin olmadığı bildirildi.
Hadisəyə Daxili İşlər Nazirliyi də münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: