Bakıda bəzi piyadalar yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq, avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsindən keçməklə həyatlarını təhlükəyə atırlar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, piyadaların iştirakı ilə qeydə alınan qəzalar daha çox Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər əsas küçələrdə baş verir.
Xezerxeber.az-ın məlumatına görə, ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əməl etməyərək yolu keçmələridir.
Xatırladaq ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb.
Belə qəzalardan yayınmaq üçün piyadalar daha diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə riayət etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: