Xəzər Xəbər

Abortların sayı artıb VİDEO

Veb TV | 21:16 • 25 May 2023
Abortların sayı artıb

Ötən il Azərbaycanda 58 min abort qeydə alınıb. Bu göstərici 2021-ci ildə 46 min 877 olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Statistik göstəricilərə əsasən abort sayı ciddi şəkildə artıb.

Elmi -Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Aynurə Əmirova bildirib ki, qanunla icazə verilən həddə - yəni hamiləliyin 12 həftəsinədək olunan abortların müxtəlif səbəbləri var.

Ancaq cinsiyyətin artıq bəlli olmağa başladığı 12-ci həftədən sonra aborta yalnız istisna hallarda - ananın həyatına ciddi təhlükə olarsa, yaxud dölün inkişafında hansısa qüsurlar qeydə alınarsa icazə verilir. Bu da bir həkimin yox, ixtisaslı həkim-mütəxəssslərin birgə rəyindən sonra icra edilə bilər.

Aynurə Əmirova deyib ki, abortların hər il kəskin şəkildə artmasının əsas səbəbi ailə planlaması üsullarının kifayət qədər istifadə olunmamasıdır.

Mütəxəssislər bildirirlər ki, abortun çox olunması ana ölümü ilə nəticələnə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar