Paytaxt Bakıda mənzilin eyvanından qopan daş parçaları səki ilə gedən qadının başına düşüb.
Xezerxeber.az xəbər verir ki, görüntülər yaxınlıqdakı mağazanın satıcıları tərəfindən lentə alınıb.
Binanın 3-cü mərtəbəsindən düşən daş parçası təkcə yaralanan qadına yox, ətrafda olan bütün insanlara qorxulu anlar yaşadıb.
Hadisə ilə bağlı Nəsimi Rayon 17 saylı Mənzil Kommunal istismar sahəsinin mühəndisi Allahverdi Allahverdiyev “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən bina tarixi abidələr siyahısındadır, buna görə də yalnız bərpa oluna bilər.
"Bununla bağlı aidiyyəti üzrə müraciət ediblər."
Xəsarət alan 31 yaşlı Əminə Nəzərli döş qəfəsinin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirdilər ki, gənc qıza tibbi yardım göstərilib və o artıq evə buraxılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: