Xəzər Xəbər

Konstitusiya Məhkəməsinin yeni qərarı cəmiyyətdə çaşğınlıq yaradıb VİDEO

Veb TV | 21:00 • 24 May 2023
Konstitusiya Məhkəməsinin yeni qərarı cəmiyyətdə çaşğınlıq yaradıb

Konstitusiya Məhkəməsinin cəmiyyətdə çaşğınlıq yaradan yeni qərarına ekspertlər aydınlıq gətirib.

Xezerxeber.az xəbər verir ki, yeni qərara əsasən, vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Qərarda bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan pay həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Belə olan halda sığortalı kreditlərin ödənməsində nə dəyişəcək?  Mülki Məcəllənin  və "İpoteka haqqında" Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı şərh şəhr edən iqtisadçi ekspert Elmir Səfərli qeyd edib ki, dəyişiklik həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.

Həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. İndi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir- deyən ekspert əlavə edib ki, bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır.

Azərbaycan Sığortaçılar Assosiasiyasından da bildirildi ki, Konstitusiya Məhkəməsinin son qərarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə münasibətdə hər hansı rəy yoxdur. Bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

 

 

Xəbər lenti