Biləsuvarda 51 yaşlı kişi qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 48 yaşlı Cavid Həmidovun aralarında yaranmış mübahisə zamanı qohumu 51 yaşlı Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İddiaya görə, qohumlar arasında mübahisə əkin sahəsinə görə düşüb.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: