Son 5 il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 450 minə yaxın işsiz və işaxtaran şəxs işlə təmin olunub.
Xezerxeber.az xəbər verir ki, həmçinin 5 il ərzində "İşsizin dostu" proqramı çərçivəsində 130 minə yaxın işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.
DMX-nin idarə heyətinin sədr müavini Cəmaləddin Quliyev “Xəzər Xəbər”ə bildirib ki, sosial cəhətdən həssas qrupların da işlə təmin olunması qurumun əsas istiqamətlərindəndir.
İşsiz şəxslərin bilik və bacarıqlarının artırılması, işəgötürənin tələbinə uyğun ixtisaslı kadr yetişdirilməsi üçün mütəmadi olaraq peşə hazırlıq kursları həyata keçirilir.
Qurum rəsmisi həmçinin bildirdi ki, özünüməşğulluq proqramından yararlanan vətəndaşların sayı da ötən illərlə müqayisədə 10 dəfəyədək artıb.
2023-cü ilin sonunadək ümumilikdə özünüməşğulluq proqramına daha 16 600 nəfərin cəlb ediləcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: