Azərbaycan Ermənistana hərtərəfli sülh təklifi edib. Azərbaycan sülhə hazır olduğunu bəyan edib. Odur ki, sülh təklifinin mətni tez bir zamanda müzakirə edilməli və imzalanmalıdır. Biz Cənubi Qafqazda davamlı sülh istəyirik.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada “Xəzər Xəbər”in suallarını cavablandırarkən deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Qarabağı Azərbaycan ərazisi olaraq tanıması ilə bağlı açıqlamasını şərh edib, qısa bir zamanda sülh sazişinin imzalanmalı olduğunu diqqətə çatdırıb.
Çavuşoğlu, Ermənsitanın Nemezis abidəsi səhvini düzəltməsini gözlədiklərini bildirib. Düzəltməsələr başqa tədbirlər görüləcəyini deyib.
O, Türkiyənin Ermənistanla sərhədlərini açması üçün şərtini də açıqlayıb.
Türkiyənin xarici işlər naziri Ermənistanın təxribatlarından da danışıb və bildirib ki, belə hallara son qoyulmalıdır.
Çavuşoğlu Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləcəyi təqdirdə Azərbaycanla əlaqələrin daha da genişlənəcəyini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: