Şəki rayonu, Qudula kənd orta məktəbində kütləvi zəhərlənmə olub.
Xezerxeber.az-ın məlumatına görə, 24 şagird və 3 müəllim dərhal nəzarətə götürülüb.
Bunu eşidən valideynlər xəstəxanaya axın edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada şagird və müəllimlərə baş çəkiblər.
Ehtimal edilir ki, zəhərlənməyə səbəb bir neçə gün əvvəl məktəbdə ilanlara qarşı istifadə edilən məhlullar olub.
Məsələ ilə bağlı TƏBİB-dən verilən məlumata görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb. 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: