Xəzər Xəbər

"Qırmızı Kitab"ın üçüncü nəşri təqdim edilib VİDEO

Veb TV | 20:54 • 23 May 2023
"Qırmızı Kitab"ın üçüncü nəşri təqdim edilib

Bu gün "Qırmızı Kitab"ın üçüncü nəşri təqdim edilib.

Xezerxeber.az-ın məlumatına görə, iki cilddən ibarət olan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna və 460 flora növü öz əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.

Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı Kitab"a əlavə olunub.

Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva deyib ki, III nəşrdə bundan əvvəlki nəşrdən fərqli olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusilə Şuşa, Kəlbəcər, Zəngilan, Füzuli, Laçında tədqiqat və monitorinq işləri aparılıb.

Qeyd edək ki, kitabın 2033-cü ildə dördüncü cildinin nəşr edilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti