Xəzər Xəbər

Rəsmi Bakı İrəvana cavab verdi VİDEO

Veb TV | 22:43 • 23 May 2023
Rəsmi Bakı İrəvana cavab verdi

"Mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın növbəti dəfə səsləndirdiyi  qərəzli fikirləri qətiyyətlə pisləyirik".

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın "Laçın" sərhəd buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun "etnik təmizləmə siyasətinin" tərkib hissəsi olduğu barədə əsassız iddialarını Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir.

Qeyd edək ki, Ararat Mirzoyanın əsassız iddiaları fonunda Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdən sonra ard-arda Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamalar verir.

Mövzu ilə bağlı danışan politoloq Zaur Məmmədov bildirib ki, Paşinyanın son açıqlamaları rəsmi Bakının qələbəsi kimi qiymətləndirilməlidir.

Bu, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsidir.

Politoloq bildirib ki, Paşinyan yeganə çıxış yolunu sülhdə görür və düzgün addım atır. Onu bu yoldan döndərmək istəyənlər isə ilk növbədə erməni xalqına pislik edəcəklər.

''Müharibədən sonra da Paşinyan nizami ordu formalaşdırmaq, onu silahlandırmaq üçün çox cəhd göstərdi, Azərbaycana qarşı ardıcıl təxribatları qərarlaşdırdı. Amma heç nə alınmadı. Sonda məcbur qalıb Azərbaycan Prezidentinin fikirləri ilə razılaşmağa məcbur oldu'', - deyə politoloq vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar