Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.
Dövlət Vergi Xidmətindən “Xəbər Ertəsi”nə bildirilib ki, sektorlar üzrə orta aylıq əməkhaqqıdan aşağı maaş təyin edən müəssisələrə bildirişlər göndərilir.
"Bildirişlərdə onlara əməkhaqqıları artırılmaq tövsiyə edilir."
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu bildirişlər sadəcə maarifləndirmə xarakteri daşıya bilər. Bu halda hər hansısa müəssisəyə və ya sahibkara cərimə tətbiq edilmir.
Ekspert bildirir ki, sürətli inflyasiya, bahalaşma və bu kimi səbəblərdən əmək bazarı da qiymətlərə uyğunlaşmağa məcburdur. Eyni zamanda ilin əvvəlindən etibarən dövlət sektorunda maaşların artırılması ilə bağlı qərarlar da orta aylıq əməkhaqqının formalaşmasında ciddi rol oynayır. Hazırda paytaxtda orta aylıq əməkhaqqı 1083 manata çatır. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz daha çoxdur. İqtisadçının sözlərinə görə, ümumiyyətlə, hazırkı orta aylıq əməkhaqqı məbləği reallığı əks etdirmir.
Rəşad Həsənov qeyd edib ki, müəssisələrə maaşların sektor üzə orta aylıq əməkhaqqıya çatdırılması ilə bağlı bildirişlərin göndərilməsi işçilərin xeyrinədir. Bunun tələb şəklində qoyulması isə sahibkarların hüquqlarına müdaxilə hesab olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: