Xəzər Xəbər

Əhali restoranlara yarım MİLYARD manatdan çox pul xərcləyib VİDEO

Veb TV | 22:21 • 22 May 2023
Əhali restoranlara yarım MİLYARD manatdan çox pul xərcləyib

Bu il kafe və restoranlara 570 milyon manata yaxin vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il kafe və restoranlara 570 milyon manata yaxın vəsait xərclənib. Bu isə ötən illə müqayisədə 24,9% çoxdur. Restoran inzibatçıları bildirdi ki, tələbatın belə artmasına səbəb qiymətlərin bazarla müqayisədə münasib olmasıdır.

Belə ki, restoranlar arasında rəqabət çoxdur, müştəri cəlb etməkdən ötrü qiymətləri münasib qoymağa məcburdurlar.

Bildirildi ki, sosial şəbəkələrdə münasib qiymətə yemək setlərinin güclü  təbliğatı da gedir.

Həmçinin bildirildi ki, nağdsız ödənişlərin sayının artması da dövriyyədəki gəliri göstərən əsas amillərdəndir.

Lakin bazardakı bahalaşma da menyulərdəki qiymət artımına təsirsiz ötüüşməyib.

Bildirildi ki, elə ona görə də toya gələn qonaqlar əvvəl 30,40,50 manat toya pul salınırdı, artıq bu məbləğ 50- 100 manatdan aşağı olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti