Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarınd amühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalının səhhəti ağır olaraq qalır.
Xezerxeber.az xəbər verir ki, bunu "Günaz.TV"nin Bakı ofsinin rəhbəri,Əhməd obalının yaxın qohumu Araz Obalı “Xəzər Xəbər”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Əhməd Obalı ABŞ-ın Kaliforniya ştatında hoteldə hücuma məruz qalıb...
Araz Obalı qeyd edib ki, baş verən hadisənin təfərrüatları istintaq tərəfindən araşdırılır.
Bununla bağlı bu günki, telefon söhbətlərində Əhməd Obalı ictimaiyyətə özü məlumat verəcəyini açıqlayıb.
Araz Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.
O, Əhməd bəyin vəziyyətinin əvvəlki günlərə nisbətən qənaətbəxş olduğunu deyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: