Xəzər Xəbər

Nəhayət...Qanunsuz tikililər problemi həll olunacaq... VİDEO

Qanun layihəsi Parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyyə olunub
Veb TV | 19:46 • 22 May 2023
Nəhayət...Qanunsuz tikililər problemi həll olunacaq...

Yaxın vaxtlarda ölkəmizdə qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər.

Xezerxeber.az xəbər verir ki, əmlak amnistiyasi ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı  gözlənilir.

Millət vəkili Rüfət Quliyev “Xəzər Xəbər”ə bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki səndəsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanzim qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq.Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.

Millət vəklinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.

Qeyd  edək ki, Qanun layihəsi Parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar