Xəzər Xəbər

Vatsap vasitəsilə göndərilən şirnikləndirici mesajlara aldanmayın! VİDEO

Veb TV | 20:07 • 21 May 2023
Vatsap vasitəsilə göndərilən şirnikləndirici mesajlara aldanmayın!

Son günlər vatsap tətbiqi vasitəsilə vətəndaşlara yüksək maaşlı iş tapmağı və 10 manat bonus qazanmağı vəd edən saxta mesajlar göndərilir. 

Xezerxeber.az-ın məlumatına görə, xarici ölkələrə məxsus və yaxud yerli nömrələrdən gələn saxta mesajlarda link göndərilir və ora daxil olaraq qeydiyyatdan keçmək tələb olunur.

Bu zaman isə  bank və digər fərdi məlumatlarınızı daxil etməyi istəyirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  yanında Elektron Təhlükəsizlik Xidməti bununla bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, fırıldaqçılar göndərdikləri məlumatlarda insanları şirnikləndirici mövzulara toxunurlar.

Elektron Təhlükəsizlik Xidmətindən o da bildirilib ki, ötən ilə nisbətən bu il də belə problemlərin sayında artım müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti çağırış edir ki, vətəndaşlar diqqətli olmalı, tanımadıqları nömrələrdən gələn saxta mesajları açmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti