Xəzər Xəbər

Düşmənə gözdağı verən Günnüt əməliyyatından 5 il keçir VİDEO/YENİLƏNİB

Veb TV | 17:10 • 20 May 2023
Düşmənə gözdağı verən Günnüt əməliyyatından 5 il keçir

Günnüt əməliyyatından beş il keçir.

Xezerxeber.az xəbər verir ki, Günnüt əməliyyatı Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən icra edilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun 2018-cı il mayın 20-dən 27-nə qədər keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib.

"Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov şəhid olub."

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar