Xəzər Xəbər

Şəmkirdə evləri qarət edən şəxslər saxlanılıb VİDEO

Veb TV | 21:37 • 19 May 2023
Şəmkirdə evləri qarət edən şəxslər saxlanılıb

Şəmkirdə evlərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayon polis şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təzəkənd kəndindəki  fərdi yaşayış evlərindən dəfələrlə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqda şübhəli bilinən Zöhrab Kərimov və İlham Hüseynov istintaqa cəlb olunub.

Araşdırmalarla şübhəli şəxslərin vətəndaşlara məxsus evlərdən məişət və elektrik əşyaları oğurlayaraq satmaları məlum olub.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Gədəbəy rayon sakini Azad Rüstəmovdan 1 ədəd qanunsuz olaraq saxladığı tapança və həmin tapançaya aid patronlar da aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti