Xəzər Xəbər

Türkiyədəki azərbaycanlılar quru sərhədlərin bağlı qalmasından narazıdırlar VİDEO

Veb TV | 20:05 • 19 May 2023
Türkiyədəki azərbaycanlılar quru sərhədlərin bağlı qalmasından narazıdırlar

Türkiyədə yaşayan azərbaycanlılar quru sərhədlərin bağlı qalmasından narazıdırlar.

"Xəzər Xəbər"ə açıqlama verən həmyerlilərimiz vətən üçün çox darıxdıqlarını, amma gələ bilmədiklərini deyirlər.

Təyyarə biletlərinin hazırda baha olması isə gəliri nisbətən aşağı olan insanları çıxılmaz vəziyyətdə qoyub.

Mövzuya münasibət bildirən millət vəkili Razi Nurullayev deyir ki, quru sərhədlərin bağlı qalması  50% pandemiya ilə əlaqəlidirsə, 50%-də təhlükəsizlik məqsədi  daşıyır. Buna görə də maksimum anlayışlı olmalıyıq.

Millət vəkilinin sözlərinə görə, iyulun 1-nə kimi hökumət bütün prosedurları yerinə yetirib, sərhədlərin açılmasını təşkil etmək üçün infrastrukturun yenilənməsini həyata keçirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar