Xəzər Xəbər

İçməli suyun keyfiyyəti yeni standarta əsasən yoxlanılacaq VİDEO

Veb TV | 23:08 • 19 May 2023
İçməli suyun keyfiyyəti yeni standarta əsasən yoxlanılacaq

Azərbaycanda indiyə qədər içməli suyun keyfiyyətinə nəzarət 30 il öncə SSRİ  dövründə qəbul olunmuş standartlar əsasında aparılırdı. Amma bundan sonra içməli suyun bir çox göstəriciləri yeni standarta əsasən tədqiq edilib araşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər içməli su 10-15, indi isə 110  parametr  üzrə yoxlanılacaq.

Azərbaycanda SSRİ-dən qalma qayda dəyişdirildi.

“Azərsu” ASC-nın şöbə rəisi Cəmil Babayev deyib ki, yeni dövlət  standartında içməli suyun keyfiyyət və təhlükəsizlik göstəriciləri tam aydın müəyyən edilib. Yeni standarta əsasən, içməli suyun mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi  göstəriciləri öyrəniləcək. Bununla yanaşı, suyun radioaktiv şüalanmaya  məruz  qalıb - qalmadığı da yoxlanılacaq.

Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların tövsiyəsi ilə qəbul olunan yeni standartın qüvvəyə minməsi nəticəsində içməli suyun mənbədən süfrəyə qədər nəzarəti təmin olunacaq.

Qeyd edək ki, yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun qərarı ilə təsdiq edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar