Xəzər Xəbər

Azərbaycanda son 24 ilin ən soyuq may ayı yaşanır AÇIQLAMA/VİDEO

Veb TV | 19:32 • 19 May 2023
Azərbaycanda son 24 ilin ən soyuq may ayı yaşanır

May ayı soyuq keçməyə davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gündən etibarən havanın temperaturu yenə kəskin şəkildə düşəcək.

Xezerxeber.az-ın məlumatına görə, soyuq hava daha çox bölgələrdə hiss olunacaq.

Paytaxt Bakıda da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Bəzi yerlərdə lokal xarakterli yağış yağacaq.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib ki, bu, son 24 ilin ən soyuq may ayıdır. Onun sözlərinə görə, havanın temperaturu mayın 22-dən sonra yüksələcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar