Xəzər Xəbər

Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüşdən İLK AÇIQLAMALAR YENİLƏNİB/VİDEO

Veb TV | 13:53 • 19 May 2023
Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüşdən İLK AÇIQLAMALAR

"Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikası mövcuddur".

Xezerxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib. 

Ceyhun Bayramov bildirib ki, Azərbaycan tərəfi Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndirir.

Lavrov isə deyib ki, Ceyhun Bayramovla görüşdə ikitərəfli münasibətləri müzakirə etmək imkanıdır:

“Xüsusən də liderlər arasında yaranan təmasların gözləntisinə baxmaq üçün burada olmağınız yaxşı fürsətdir”,-deyə Lavrov əlavə edib.

12:17

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Xəbər yenilənəcək.

Xəbər lenti