Xəzər Xəbər

Təcili yardım avtomobili qəzaya uğradı, xəstə öldü... VİDEO

Veb TV | 23:03 • 18 May 2023
Təcili yardım avtomobili qəzaya uğradı, xəstə öldü...

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan və bakıdakı xəstəxanalardan birinə aparılan xəstə vəfat edib. Lənkəranda isə zəncirvari qəza olub. İki nəfər xəsarət alıb.

Hadisə Masallıda olub. Klinikalardan birinə məxsus təcili tibbi yardım maşını ilə İlham Nurəliyevin idarə etdiyi  avtomobil toqquşub.

Qəza nəticəsində təcili tibbi yardım avtomobilində Bakıya aparılan Firəngiz Qurbanova, avtomobilin sürücüsü və 2 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda isə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə rayonun Şilavar kəndi ərazisində qeydə alınıb. 3 minik avtomobili və bir yük maşını bir-birinə çırpılıblar. Nəticədə sürücülərdən biri Masallı rayon sakini 39 yaşlı Cavid Kazımov və piyada  Gülnaz Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Ekspertizanın rəyindən sonra qəzanın kimin səhvi ucbatından baş verdiyi məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti