Böyük Britaniya səfirliyinin qarşısında LGBT bayrağının qaldırılmasına etirazlar davam edir.
Xezerxeber.az xəbər verir ki, Böyük Briyaniya səfirliyinin bayrağı qaldırmaqla atdığı addım, bir növ Azərbaycan dövlətinin qanunlarına mentalitetinə və adət-ənənələrinə hörmətsizlik olaraq dəyərləndirilib.
Hüquq müdafiəçisi Azər Həsrət bildirib ki, səfirliyin hər il təkrarladığı bu hərəkəti qəbuledilməzdir.
Əslində baş verən hadisə ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi Landmark Biznes Mərkəzi isə öz etirazını bildirməli idi...
“Ləndmark”dan səs çıxmasa da, biznes mərkəzinin qarşısından keçən insanlar öz etiraz səslərini yüksəldiblər.”
Hüquq müdafiəçisi onu da qeyd edib ki ölkədə bütün diplomatik korpusun nümayəndəliklərinin rahat hərəkəti və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb.
Onlar da öz növbəsində fəaliyyət göstərdikləri ölkənin dəyərlərinə hörmətlə yanaşmalıdırlar...
Qeyd edək ki ötən gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən qaldırılan LGBT bayrağı dünən axşam saat 17:00-dan etibarən endirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: