"Akademik Milli Dram Teatrının strukturu və iş planı yenidən qurulacaq".
Xezerxeber.az xəbər verir ki, bunu teatrının yeni təyin olunan bədii rəhbəri Mehriban Ələkbəzadə "Xəzər TV"yə müsahibəsində bildirdi.
Bədii rəhbər bundan sonra görüləcək işlər barədə də məlumat verib.
Sirr deyil ki, "Azdrama"nın kollektivi ən çətin kollektiv kimi tanınır. Bu vaxta qədər teatr səhnələşdirdiyi tamaşalarla yanaşı söz-söhbət, qalmaqal və narazılıqlarla da gündəmə gəlib.
“Bəs bundan sonra necə olacaq?”
Mehriban Ələkbərzadə həmçinin aktyorların problemlərini dinləməyə hazır olduğunu bildirdi.
Növbəti mövsümdə teatra yeni və məşhur aktyorların da gəlməsi gözlənilir. Bədii rəhbər teatrsevərləri fərqli tamaşaların gözlədiyini vəd edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: