Xəbər verdiyimiz kimi, Bakıda 2 uşaq oynayarkən dərinliyi təxminən 50 metr olan quyuya düşüblər.
Maştağa qəsəbəsində oynayan 10 yaşlı Hüseyn Qasımov və 9 yaşlı Ağa Rəhimov anidən yoxa çıxıblar.
“Övladlarından xəbər almayan valideynlər gecə boyu uşaqları axtarmağa başlayıblar.”
Uzun sürən axtarışlardan sonra uşaqların diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşdüyü məlum olub.
“Quyuların ağzı niyə açıq qalıb?”
Valideynlərinin sözlərinə görə, uşaqlar kənd camaatının köməyi ilə düşdükləri quyudan çıxarılıblar. Qardaşı ilə sonuncu dəfə oynayan Nərgizin sözlərinə görə, bu günə qədər həmin əraziyə heç vaxt getməyiblər. İndi isə bu məsum körpələrdən geriyə onlarla bağlı xatirələr və bu mazutlu bir tək ayaqqabı qalıb. Kənd camaatının sözlərinə görə, ərazidə ağzı açıq 8 quyu var. Bütün quyular evlərə yaxın yerdədir.
“Xəzər Xəbər” bu günə qədər quyuların niyə bağlanmadığı ilə bağlı Sabunçu rayon icra hakimiyyətinə müraciət edib.”
İcra hakimiyyətindən bildirildi ki, quyularla bağlı bir neçə dəfə “SOCAR”a şifahi və yazılı müraciət olunub.
“SOCAR”dan isə “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazi və ərazidə yerləşən quyular Dövlət Neft Şirkətinin balansında deyil.”
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: