Xəzər Xəbər

DTX Azərbaycanı qoruyur...Siz də diqqətli olun... VİDEO

Veb TV | 21:21 • 18 May 2023
DTX Azərbaycanı qoruyur...Siz də diqqətli olun...

Son dövrlər Azərbaycan təhlükəsizlik orqanları tərəfindən xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən vətəndaşlar yerindəcə müəyyən edilərək həbs edilir.

Xezerxeber.az xəbər verir ki, xüsusilə son dövrlər DTX bu tipli əməliyyatların sayını artırıb və dövlətə xəyanət edənlər ardıcıl ifşa edilir.

Təhlükəsizlik eksperti İlham İsmayıl bildirir ki, Azərbaycana qarşı xarici xüsusi xidmət orqanlarının agentura şəbəkəsi yaratmaq, Azərbaycanın maraqlarına zərbə vurmaq yeni tendensiya deyil. Müstəqillikdən bəri Azərbaycanı hədəf bilən dövlətlər öz casus şəbəkələrini genişləndirməklə məşğuldur. Ancaq onların bu cəhdlərinin qarşısını dövlət təhlükəsizlik xidmətinin əməkdaşları qətiyyətlə alırlar.

Ekspert vurğulayıb ki, Azərbaycan xüsusi xidmət orqanları hədəfi düzgün seçir, eyni anda bir neçə şəxsi və ya şəbəkəni ifşa edir. Vətəndaşlar bu məsələdə diqqətli olmalı, xarici xidmət orqanlarının toruna düşməməlidir.

Vətəndaşlar həmçinin xaricə səfərlər zamanı təsadüfi təmaslar və tanışlıqlar zamanı ehtiyatlı olmalı və şübhəli hallar olduqda aidiyyəti orqanlara xəbər verməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti