Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə "Xəzər Media Mərkəzi" tərəfindən "Xalqın qəhrəmanı" sənədli filmi hazırlanıb.
Filmdə Ulu Öndərin Naxçıvanda olduğu dövrdə blokadada olan Muxtar Respublika ilə bağlı planlarlardan bəhs edilir.
Məhz Heydər Əliyevin sayəsində Qafqazla, Azərbaycanla bağlı bütün planlar dəyişir və bölgənin gələcəyi yenidən qurulur.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanda apardığı gərgin mübarizə, təməlini qoyduğu milli qurtuluş yolu barədə bütün həqiqətləri, qaranlıq məqamları sabah saat 22:00-da Xəzər TV-də yayımlanan "Xalqın qəhrəmanı" sənədli filmində izləyə bilərsiniz: