Xəzər Xəbər

Estetik burun əməliyyatı zamanı nələrə diqqət etmək lazımdır? VİDEO

Veb TV | 13:55 • 9 May 2023
Estetik burun əməliyyatı zamanı nələrə diqqət etmək lazımdır?

Xəbər verdiyimiz kimi, 23 yaşlı qız burun əməliyyatından sonra vəfat etdi.

Xezerxeber.az xəbər verir ki, Hər kəsə çox sadə kimi görünən rinoplastika əməliyyatı düzgün icra edilməydikdə böyük fəsadlarla, bəzən də ölümlə nəticələnə bilir. 

Burun estetik cərrahı Xaliq Şıxəliyevin sözlərinə görə, əməliyyat zamanı ilkin olaraq xəstə ilə konsultasiya aparılmalı, daha sonra müxtəlif müayinələrin nəticələri toplanılmalıdır. Sağlamlıqla bağlı problem varsa, əməliyyatdan imtina edilməlidir.

Cərrahın sözlərinə görə, rinoplastika üçün həkimə müraciət etməzdən öncə onun haqqında araşdırma aparmaq məsləhətdir. Xüsusilə də həyata keçirdiyi əməliyyatların statistikasını və nəticələrini öyrənmək vacibdir.

“Mütəxəssis qoruyucu qapalı rinoplastikanın daha təhlükəsiz olduğunu qeyd edir.”

Bu cür əməliyyatların qiymətləri də kifayət qədər yüksəkdir.

Əməliyyatdan sonra bəzi pasiyentlər burnunun görünüşünü bəyənmədikdə müəyyən korreksiyalar edilir.

Mütəxəssis bunun da təhlükəsiz və normal prosedur olduğunu vurğulayır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar